Yermak Zelenski barədə: "O, bu işdən əvvəl mənim dostum idi…"
Dünya
“O dövrdə mənim rəhbərliyim altında çalışan nümayəndə heyəti amerikalı tərəfdaşlarla birlikdə 28 bəndlik planın artıq mövcud olmadığını təmin edə bildi”.
News24.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri vəzifəsindən istefa verən Andrey Yermak “Financial Times”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, sənəd indi təxminən 19 bənddən ibarətdir və Rusiyanın iştirakı ilə hazırlanmış əvvəlki versiyaya nisbətən Kiyev üçün daha qəbulediləndir.
“Bir neçə çətin məqam qalır və bu məsələlər üzrə razılığa gəlmək mümkündür. Hər halda, prezident istənilən təzyiqdən asılı olmayaraq, Ukraynanın maraqlarına zidd olan heç bir şeyi imzalamayacaq və təsdiq etməyəcək”, – deyə Yermak əlavə edib.
O,həmçinin, bildirib ki, istefasına baxmayaraq, Volodimir Zelenskiyə qarşı heç bir kin saxlamır: “O, bu işdən əvvəl də mənim dostum idi və bu işdən sonra da yaddaşımda dost olaraq qalacaq”.