Yoldan keçənlərin üzərinə tüpürdü, həbs edildi

Yoldan keçənlərin üzərinə tüpürdü, həbs edildi Dünya

Moskvada məhkəmə ictimai qaydanı pozduğuna görə qadını 15 sutka müddətinə inzibati həbs edib.

News24.az xəbər verir ki, qadın yoldan keçənlərin üzərinə tüpürüb, onları itələyib, yıxmağa çalışıb və təhqir edib.

Sənəddə qeyd olunub ki, o, ətrafdakıların iradlarına məhəl qoymayıb.

Məhkəmədə qadın təqsirini boynuna almayıb. Həbs edilən şəxs həmçinin dayə işlədiyini bildirib.

Hakim onu xırda xuliqanlıqda təqsirli bilib və 15 sutka inzibati həbs cəzası təyin edib. Məhkum bu qərardan apellyasiya qaydasında şikayət etmək istəsə də, cəhdi uğursuz olub.