Yumurta yeyən 207 nəfər xəstəxanalıq oldu, 1 nəfər öldü - Bu ölkədə
Dünya
İngiltərədə 2027 nəfər salmonella epidemiyasına yoluxub, 1 nəfər isə ölüb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumata görə, yoluxanlar arasında 1yaşı bitməmiş körpə də var. Ən yaşlısı isə 90 yaşındadır.
Yoluxanlardan ən azı 34 nəfər xəstəxanada müalicə alır, 2 nəfərdə isə xəstəlik irəliləyərək ağır qan dövranı infeksiyası yaradıb.
Aparılan ilkin araşdırmalar zamanı epidemiyanın İngiltərə mənşəli yumurta və ya quşçuluq məhsullarından qaynaqlanmadığı müəyyənləşdirilib. Bu isə xəstəliyin ölkəyə idxal olunan yumurtalardan yarandığı şübhəsinə əsas verib. Çünki xəstələrin böyük əksəriyyətinin bu məhsulları evdə deyil, kafe və restoranlar kimi ictimai iaşə müəssisələrində istehlak etdiyi ehtimal olunur.
Qızdırma, ishal, ürəkbulanma, qusma və qarın ağrısı kimi əlamətlərlə özünü göstərən salmonella infeksiyası əksər hallarda bir neçə gün ərzində öz-özünə keçir.
Bununla belə, azyaşlı uşaqlarda, yaşlılarda və immun sistemi zəif olan şəxslərdə xəstəlik ciddi və həyati təhlükəli vəziyyətə səbəb ola bilər.