Yunanıstanın Karpatos adasında fövqəladə vəziyyət elan edildi

Yunanıstanın Karpatos adasında fövqəladə vəziyyət elan edildi Dünya

Yunanıstan hökuməti Egey dənizində yerləşən Karpatos adasında su qıtlığı səbəbindən fövqəladə vəziyyət elan edib.

News24.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, adada su ehtiyatlarının azalması və yay mövsümündə suya tələbatın artacağı gözləntiləri bu qərarın qəbul edilməsinə səbəb olub.

Yunanıstanın Dəniz İşləri və Ada Siyasəti Nazirliyi tərəfindən verilən qərarın 3 ay müddətində qüvvədə qalacağı bildirilib.

Fövqəladə vəziyyət rejiminin tətbiqində əsas məqsəd su qıtlığı ilə mübarizə tədbirlərinin və aidiyyəti işlərin daha sürətli həyata keçirilməsini təmin etməkdir.