Yunanıstanda fəlakətin izi: evlər külə döndü – FOTOLAR

Yunanıstanda fəlakətin izi: evlər külə döndü – FOTOLAR Dünya

Yunanıstanın Afina şəhərinin şimal-qərbində baş verən meşə yanğınları nəzarət altına alınmağa başlasa da, ölkənin müxtəlif bölgələrində alovlanma riski qalır.

News24.az xəbər verir ki, hazırda Afina yaxınlığında yerləşən Korinf körfəzi ətrafında yüzlərlə yanğınsöndürən, həmçinin Rumıniya və Fransadan gələn xilasedicilər yanğının yenidən alovlanmasının qarşısını almağa çalışırlar.

Yerli sakinlər isə evlərinə qayıtdıqda yanaraq külə dönmüş tikililər və meşələrlə qarşılaşıblar. Yunanıstan hökuməti yanğın nəticəsində evləri dağılan və zərər görən vətəndaşlara kompensasiya veriləcəyini açıqlayıb.

Qeyd edək ki, bu yay Avropanın bir sıra ölkələri rekord istilər və quraqlıq fonunda genişmiqyaslı meşə yanğınları ilə üzləşib. Yunanıstanda yanğınların söndürülməsi zamanı iki helikopter heyəti üzvü həlak olub. (Reuters)

Yunanıstanda fəlakətin izi: evlər külə döndü – FOTOLAR Yunanıstanda fəlakətin izi: evlər külə döndü – FOTOLAR Yunanıstanda fəlakətin izi: evlər külə döndü – FOTOLAR Yunanıstanda fəlakətin izi: evlər külə döndü – FOTOLAR