Ukraynaya yüzlərlə raket atıldı
Dünya
Rusiya Ukraynanın müxtəlif bölgələrinə yüzlərlə dron və raketlə hücum edib. Nəticədə ən azı üç nəfər ölüb, bir neçə böyük enerji infrastrukturu ciddi zədələnib.
News24.az xəbər verir ki, Prezident Volodimir Zelenskinin məlumatına görə, Rusiya 450-dən çox dron və 45 raket buraxıb.
Dneprdə pilotsuz aparatın yaşayış binasına düşməsi nəticəsində iki nəfər həlak olub, 12 nəfər yaralanıb. Xarkov vilayətində isə bir nəfərin öldüyü bildirilir. Kiyev, Poltava və Xarkov bölgələrində enerji infrastrukturu zərər görüb.
Dövlətə məxsus “Tsentrenerqo” enerji şirkəti hücumları 2022-ci ilin fevralında başlayan müharibədən bəri müəssisələrinə edilən “ən böyük zərbə” adlandırıb, Kiyev və Xarkovdakı stansiyaların fəaliyyətini dayandırdığını açıqlayıb.
Qeyd edək ki, “Tsentrenerqo” Ukraynanın ümumi enerji istehsalının təxminən 8 faizini təmin edir.