Zavodda yanğın: - 17 nəfər xəsarət aldı

Zavodda yanğın: - 17 nəfər xəsarət aldı Dünya

İranın Şimali Xorasan əyalətinin Faruc şəhərindəki tomat zavodunda güclü yanğın olub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Yanğın nəticəsində 17 işçi xəsarət alıb, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.