Zelenski ABŞ-dəki səfiri vəzifədən uzaqlaşdırdı
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ-dəki səfiri Olqa Stefanişinanı vəzifəsindən azad edib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilir ki, hələ iyul ayında Stefanişina diplomatik xidmətdən öz istəyi ilə ayrılmaq qərarı verib. O, ABŞ-dəki səfir vəzifəsinə 2025-ci ilin avqustunda təyin olunub.
"Politico" nəşrinin məlumatına görə, Stefanişinanın adı Ukrayna Ədliyyə Nazirliyində 2,5 milyon qrivna məbləğində vəsaitin mənimsənilməsi və dövlət əmlakının qanunsuz əldə olunması ilə bağlı istintaq materiallarında keçir.
Rəsmi qurumlar tərəfindən bu ittihamlarla bağlı yekun məhkəmə qərarı açıqlanmayıb.