Zelenski Baş prokuroru istefaya göndərir

Zelenski Baş prokuroru istefaya göndərir Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya Baş prokuror Ruslan Kravçenkonun vəzifədən azad edilməsi ilə bağlı təqdimat göndərib.

News24.az xəbər verir ki, bu barədə UNİAN sənədə istinadən məlumat yayıb.

Sənəddə qeyd olunub ki, Ukrayna Konstitusiyasının müvafiq maddələrinə əsasən, Ruslan Kravçenkonun Baş prokuror vəzifəsindən azad edilməsinə Ali Radanın razılığının verilməsi təklif olunur.

Bundan əvvəl Zelenski bildirib ki, Baş prokuror Ruslan Kravçenkonun qarşısında yalnız bir yol qalıb – istefa vermək. Kravçenko isə sentyabrın 7-də vəzifəsindən istefa verdiyini rəsmən açıqlayıb və bunu siyasi qərar adlandırıb.

Hazırda Kravçenko xaricdədir. O, xarici ölkəyə xidməti ezamiyyətə göndərildiyini bildirib.

Kravçenkonun səfər çərçivəsində bir sıra görüşlər keçirməsi və beynəlxalq tərəfdaşlara Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları sistemindəki real vəziyyət barədə məlumat verməsi planlaşdırılır.