Zelenski Ərdoğanın dəvətilə Türkiyəyə gedib

Zelenski Ərdoğanın dəvətilə Türkiyəyə gedib Dünya
Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə Türkiyəyə rəsmi səfərə gedib.
News24.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, ilk növbədə Krım-tatar icmasının mərkəzinin açılışında iştirak edib.
Zelenskinin Ankarada ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla, İstanbulda isə Konstantinopol Patriarxı I Varfolomeylə görüşəcəyi bildirilir.
Qeyd edək ki, səfər Türkiyə prezidentinin dəvəti əsasında gerçəkləşir.