Zelenski “Freyja” hava hücumundan müdafiə sisteminin işə düşəcəyi tarixi açıqladı

Zelenski “Freyja” hava hücumundan müdafiə sisteminin işə düşəcəyi tarixi açıqladı Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski “Freyja” antiballistik hava hücumundan müdafiə sisteminin təxminən bir il ərzində istifadəyə veriləcəyini bildirib.

News24.az xəbər verir ki, Zelenski yeni antiballistik koalisiyanın iclasında çıxışı zamanı layihə ilə bağlı gözləntilərini bölüşüb.

“Mən ümid edirəm ki, növbəti 12 ay ərzində ‘Freyja’nın fəaliyyətə başladığını görəcəyik”, - deyə Ukrayna Prezidenti bildirib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Ukraynanın ballistik raketlərdən öz istehsalı olan sistem vasitəsilə müdafiəsini təmin edəcək. (APA)