"Zelenski ilə görüşərəm, əgər…" – Madyar
Dünya
Macarıstanın Baş naziri Peter Madyar Ukrayna Prezidenti Volodimir Zelenski ilə gələn həftə görüşməyə hazır olduğunu bildirib. Məqsəd iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaqdır.
News24.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Madyar qeyd edib ki, əgər Ukraynadakı macar azlığının hüquqları ilə bağlı texniki danışıqlar bu həftə başa çatsa, görüş gələn həftə baş tutacaq. O, bu məsələnin həlli ilə bağlı nikbin olduğunu vurğulayıb.