Zelenski istefa verən Starmeri mükafatlandırdı
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri və Leyboristlər Partiyasının sədri vəzifəsindən istefaya gedən Kir Starmeri Ukraynanın ali dövlət mükafatlarından sayılan Azadlıq Ordeni ilə təltif edib.
News24.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, Starmer mükafata Ukrayna ilə Böyük Britaniya arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə, həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə layiq görülüb.