Zelenski Melaniya Trampı ordenlə təltif etdi

Zelenski Melaniya Trampı ordenlə təltif etdi Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı I dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif edib.

News24.az xəbər verir ki, müvafiq sərəncam prezidentin rəsmi saytında dərc olunub.

Zelenski Melaniya Trampı Ukraynaya humanitar dəstəyin göstərilməsində mühüm töhfəsinə, eləcə də Rusiyanın nəzarətində olan Ukrayna ərazilərindən qanunsuz olaraq deportasiya edildiyi bildirilən ukraynalı uşaqların və ölkə vətəndaşlarının xilasına yönəlmiş hüquq müdafiə, həmçinin xeyriyyəçilik fəaliyyətində göstərdiyi xidmətlərə görə mükafatlandırıb.

Melaniya Trampın təşəbbüsü ilə Xerson vilayətinin Oleşki şəhərindən əhalinin təxliyəsi üzrə humanitar missiya həyata keçirilib.

O, bu təşəbbüsün sülhə aparan yolun başlanğıcı olmasına çağırıb. Missiya çərçivəsində şəhər sakinlərinə humanitar yardım çatdırılıb, köçmək istəyənlərə isə daha təhlükəsiz ərazilərə – Rusiyaya və ya Ukraynaya getmək imkanı təklif olunub.

Qeyd edək ki, “Knyaginya Olqa” ordeni Ukraynanın qadınlara dövlət, istehsalat, ictimai, elmi, təhsil, mədəniyyət, xeyriyyəçilik və digər sahələrdəki xüsusi xidmətlərinə, eləcə də ailədə uşaqların tərbiyəsinə verdikləri töhfəyə görə təqdim olunan dövlət mükafatıdır.