Zelenski Qəzzaya hücumu qanunsuz - ADLANDIRDI

Zelenski Qəzzaya hücumu qanunsuz - ADLANDIRDI Dünya

Ukrayna prezidenti Vladimir Zelenski İsrailin Qəzzaya artan hücumları ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

Zelenski NBC News telekanalının “Mətbuatla tanış” proqramına qatılıb və gündəmlə bağlı sualları cavablandırıb.

“İsrail ilə Fələstin arasında yanan bir atəşdir və bəzi insanlar hələ də bu atəşə kibrit atmağa davam edir”-deyə, qeyd edib.

O, Rusiya və İranın “günahkar” olduğunu iddia edib.

Şimali Koreyanın HƏMAS-ı dəstəkləyən ölkələr arasında olduğunu iddia edən Zelenski, qanunlardan və qaydalardan danışsaq, terrorçuların olduğu yerdə qaydalar yoxdur deyə qeyd edib.

Ülkər Abdurahmanlı