Zelenski: Rusiya hücumlarında 4 nəfər ölüb, 15 nəfər yaralanıb

Zelenski: Rusiya hücumlarında 4 nəfər ölüb, 15 nəfər yaralanıb Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında həyata keçirdiyi hava hücumları nəticəsində 4 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.

News24.az xəbər verir ki, onun sözlərinə görə, zərbələr nəticəsində Odessa, Zaporojye, Sumı, Xarkov və Çerniqov vilayətlərində yaşayış binaları və mülki infrastruktur zədələnib.

Həmçinin Rusiya Müdafiə Nazirliyi Ukraynanın kütləvi pilotsuz uçuş aparatları ilə hücum təşkil etdiyini iddia edərək, yüzlərlə dronun zərərsizləşdirildiyini və Ukraynadakı hərbi hədəflərə zərbələr endirildiyini bildirib.