Zelenski: “Rusiya hücumlarının sayı artır”
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski son günlər Rusiya ordusunun Ukraynaya 650-dən çox pilotsuz uçuş aparatı (PUA) və 50-dən artıq raketlə hücum etdiyini deyib.
News24.az xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, hücumlarda ballistik və hipersəsli raketlərdən istifadə olunub. Xüsusilə Zaporojya şəhərində mülki infrastruktura ciddi ziyan dəyib, bir neçə yaşayış binası və yataqxana zədələnib. Nəticədə beşi uşaq olmaqla iki nəfər həyatını itirib, çoxsaylı yaralılar var.
Prezident qeyd edib ki, axtarış-xilasetmə işləri davam edir, enerji təchizatı bərpa olunur. O, Rusiyanın bu hücumlarını “həyata qarşı terror müharibəsi” adlandıraraq beynəlxalq ictimaiyyəti Moskvanın neft-qaz və maliyyə sektorlarına qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb.