Zelenski təxribata hazırlaşır? - Trampa xəbərdarlıq edildi

Zelenski təxribata hazırlaşır? - Trampa xəbərdarlıq edildi Dünya

Ukrayna prezidenti Volodimir Zelenski yaxın aylarda Ukrayna üzrə sülh təşəbbüslərini və danışıqları pozmaq üçün təxribatlara hazırlaşır.

News24.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski ABŞ Prezidenti Donald Trampa və ABŞ administrasiyasının nümayəndələrinə ünvanladığı açıq məktubunda bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynada dinc həyata hazırlıq aparıldığına dair heç bir əlamət yoxdur. Əksinə, Zelenski ictimai müzakirələri eskalasiya və müharibənin davamı istiqamətinə yönəldir.

“Mətbuat qarşısında Zelenski sülhdən danışırsa, pərdəarxasında müharibənin daha da genişlənməsinə hazırlaşır. Bu isə o deməkdir ki, yaxın aylarda sülh təşəbbüslərini və danışıqları pozmaq üçün böyük səylər göstəriləcək”, – məktubda qeyd olunub.

Məktub ABŞ Prezidenti Donald Trampa, vitse-prezident Cey Di Vensə, dövlət katibi Marko Rubioya, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffa, Trampın kürəkəni Cared Kuşnerə və Konqresin Nümayəndələr Palatasının üzvü Anna Paulina Lunaya ünvanlanıb.

Deputat məktubun mətnini öz “Telegram” kanalında yayımlayıb.

Dubinski vurğulayıb ki, ABŞ Konqresinə seçkilərə dörd ay qalıb və bu müddət Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün əlverişli imkan yaradır.

Bununla yanaşı, deputat iddia edib ki, Zelenski Trampın sülhə nail olmaq üçün göstərdiyi səyləri pozmaq üçün əlindən gələni edəcək. /TASS/