Zelenski Uitkoff və Kuşnerlər telefonla danışdı

Zelenski Uitkoff və Kuşnerlər telefonla danışdı Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.

News24.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, danışıq çox müsbət yöndə keçib.

Tərəflər G7 sammitinin perspektivləri və diplomatiyanın aktivləşdirilməsi istiqamətondə mümkün addımları müzakirə ediblər.

"Yaxın həftələrdə Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün diplomatiyaya yön verəcək addımlarla bağlı maksimal dərəcədə aktiv işləməyə hazırlığa görə təşəkkür edirəm. Moskvada nəyə hədəfləniblər – bu barədə əlimizdə olan məlumatları bölüşdük", – deyə, Zelenski açıqlayıb.