Zelenski və Tramp arasında Ağ Evdə görüş keçirildi – VİDEO/YENİLƏNDİ
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdəki Oval kabinetdə keçirdiyi görüşlə bağlı paylaşım edib.
News24.az xəbər verir ki, Zelenski görüşün məhsuldar keçdiyini bildirərək, ABŞ-yə Ukraynaya göstərdiyi qətiyyətli dəstəyə görə təşəkkür edib.
Ukrayna lideri qeyd edib ki, ilk olaraq bu yaxınlarda vəfat edən ABŞ senatoru Lindsi Qrehemin ölümü ilə əlaqədar Trampa başsağlığı verib. Onun sözlərinə görə, Qrehem Ukraynanın həqiqi dostu olub.
Zelenski əlavə edib ki, görüşdə "Patriot" zenit-raket kompleksləri üçün ələkeçirici raketlərin istehsalına dair lisenziyalar və Ukraynaya dəstək verə biləcək digər təşəbbüslər müzakirə edilib.
Bundan başqa, tərəflər diplomatik prosesi yenidən canlandırmağın vacibliyi barədə fikir mübadiləsi aparıblar. Zelenski bildirib ki, komandalar gələcək təmasların detalları üzərində işləyəcək.
"ABŞ-yə qətiyyətli dəstəyinə görə minnətdaram", – deyə Ukrayna Prezidenti paylaşımını yekunlaşdırıb.

***19:12
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evi tərk edib.
News24.az xəbər verir ki, iki lider arasında görüş təxminən 1 saat çəkib.
Təfərrüatlar barədə hələ ki məlumat verilməyib. (Reuters)

***18:30
ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında Ağ Evdə görüş başlayıb.
News24.az xəbər verir ki, bu barədə Ağ Evdən jurnalistlərə məlumat verilib.
Bildirilir ki, görüş yerli vaxtla 09:47-də (Bakı vaxtı ilə 17:47-də) başlayıb.
Qeyd olunur ki, Zelenski Ağ Evə əsas girişdən yox, yan qapıdan girib.