Zelenskidən müharibəni bitirməklə bağlı təklif
Dünya
Ukrayna sülh prosesi ilə bağlı ABŞ-yə yeni təkliflər təqdim edib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.
Ukrayna lideri təkliflərin təfərrüatlarını açıqlamayıb, lakin ABŞ-nin danışıqlarda daha fəal iştirak etməli olduğunu vurğulayıb.
Zelenski həmçinin bildirib ki, Putin müharibəni dayandırmağa hazır deyil və hazırda Rusiyaya göstərilən təzyiq də kifayət qədər deyil.
Bununla yanaşı, Ukrayna sülh naminə Donbasın qalan hissəsini güzəştə getməyəcək.
Əsas məsələlərdən biri isə təhlükəsizlik zəmanətləridir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskvanın Ukraynadakı münaqişənin başa çatdırılması ilə bağlı Volodimir Zelenskinin ABŞ tərəfinə təqdim etdiyi təkliflərdən xəbəri yoxdur.
Onun sözlərinə görə, Vaşinqton bu təklifləri Moskvaya ötürməyib.