Zelenskidən ABŞ rəhbərliyinə yeni mesaj: "Əsas prioritet budur"
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Venslə məhsuldar telefon danışığı keçirib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı özünün teleqram kanalında məlumat verib.
"ABŞ-nin vitse-prezidenti Cey Di Venslə yaxşı telefon danışığımız oldu. Vaşinqtonda Prezident Donald Trampla bu yaxınlarda keçirdiyimiz görüşün nəticələrini müzakirə etdik. Görüş müsbət və konstruktiv atmosferdə keçdi.
Rusiyanın ölkəmizə hava zərbələri davam edir. Hava hücumundan müdafiə sistemləri, xüsusilə də ballistik raketlərə qarşı "Patriot" kompleksləri üçün raket-kəsicilər bizim əsas prioritetimiz olaraq qalır.
Həmçinin Rusiya-Ukrayna müharibəsinin qlobal bazarlara təsirini də müzakirə etdik. Komandalarımızın əlaqədə qalması və bu gün danışdığımız məsələlərin üzərində birgə işləməsi barədə razılığa gəldik", – Zelenski qeyd edib.