Zelenskinin bu addımı Fransanı - QƏZƏBLƏNDİRDİ

Zelenskinin bu addımı Fransanı - QƏZƏBLƏNDİRDİ Dünya

Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florent Filippot döyüş bölgəsindəki çətin vəziyyətə baxmayaraq, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya Federasiyası ilə danışıqlarda iştirakdan imtina etməsindən qəzəblənib. 

News24.az xəbər verir ki, o, “X” platformasındakı hesabında Zelenskinin qərarını şərh edib.

Filippo qeyd edib ki, sözün əsl mənasında “indi” Zelenski Rusiya hakimiyyətinin nümayəndələri ilə dialoq aparmaq istəmədiyini açıqlayıb.

“Bəs o, nə etmək istəyir? Xalqı sonuncu ukraynalıya qədər qurban vermək?” - partiya lideri qeyd edib.

O əlavə edib ki, son vaxtlar hətta Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı da təmas xəttindəki çətin vəziyyətdən danışmağa başlayıb. Zelenskinin müşavirləri də öz növbəsində jurnalistlərə prezidentin qələbə vəsvəsəsi və qeyri-sabit psixoloji durumu barədə danışırlar.

Bunun fonunda Filippo münaqişəni dərhal dayandırmağa çağırıb. Onun sözlərinə görə, hərbi əməliyyatlara son qoymağın yollarından biri Qərb ölkələrinin Ukraynaya yardım üçün “milyardlarla avro” ayırmaqdan imtina etməsidir.

Akqabay