Zelenskinin ofisində axtarış aparıldı
Dünya
Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) Prezident Volodimir Zelenskinin ofisində axtarışlar aparıb.
News24.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün “Telegram” kanalında məlumat verib.
“NABU prezidentin ofisində istintaq hərəkətləri aparır”, – deyə deputat bildirib.
Qonçarenko hadisə ilə bağlı əlavə məlumat verməyib. Axtarışın kimlər tərəfindən və konkret olaraq hansı səbəbdən aparıldığı açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna Baş Prokurorluğunun Kibertəhlükəsizlik departamentinin rəhbəri Sergey Kropiva Kiyevdə saxlanılıb. NABU həmin departamentdə də axtarışlar həyata keçirib. (Demokrat.az)