Zəlzələdə ölənlərin sayı artdı

Zəlzələdə ölənlərin sayı artdı Dünya

Venesuelada baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2595 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriges məlumat verib.

"Bu günə olan məlumata görə, 2595 nəfər həyatını itirib", – Rodriges jurnalistlərə bildirib.

Zəlzələ nəticəsində yaralananların sayı isə 12,4 min nəfəri ötüb.

Qeyd edək ki, təbii fəlakət iyunun 24-də baş verib.

Zəlzələdən ən çox zərər çəkən şəhərlərdən biri olan La-Quayrada dağıntılar altında hələ də ailələrin qaldığı bildirilir.