Zimbabvedə helikopter qəzasında 6 nəfər öldü
Dünya
Zimbabvenin Marondera şəhəri ətrafında helikopter qəzasında 6 nəfər ölüb.
News24.az "New Zimbabwe" portalına istinadən xəbər verir ki, bu barədə Zimbabvenin İnformasiya və Yayım Xidmətləri Nazirliyinin katibi Nik Manqvana bildirib.
Onun sözlərinə görə, helikopterin göyərtəsində tanınmış biznesmen Viknell Çivayo, eləcə də 3 sərnişin və 2 pilot olub.
Yerli polis helikopterin göyərtəsində olan hər kəsin öldüyü təsdiqləyib.
Aviaqəzanın səbəbləri araşdırılır. (Report)