Zəlzələ zamanı xəstəni belə qorudular – VİDEO

Zəlzələ zamanı xəstəni belə qorudular – VİDEO Dünya

Yaponiyada güclü zəlzələ zamanı həkimlər əməliyyat olunan xəstəni bədənləri ilə qoruyublar.

News24.az xəbər verir ki, Yatsuşiro şəhərində yerləşən Kumamoto xəstəxanasında əməliyyat zamanı güclü yeraltı təkanlar başlayıb. Nəticədə tavandan asılmış avadanlıqlar yellənib, əməliyyat masası isə yerindən tərpənib.

Həkimlər dərhal xəstəni və cərrahi alətləri sabit saxlamağa çalışıb, eyni zamanda əməliyyat masasında uzanan şəxsi bədənləri ilə qoruyublar.

Həmin vaxt xəstəxanada eyni anda dörd əməliyyat aparılırdı. Bütün əməliyyatların uğurla başa çatdırıldığı bildirilib.

Qeyd edək ki, iyulun 28-də Yaponiyanın Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib.