Zooparka gedən 3 yaşlı qız öldü

Zooparka gedən 3 yaşlı qız öldü Dünya

Avstraliyada üç yaşlı qız zooparkı ziyarət etdikdən sonra həyati təhlükəli infeksiyaya yoluxub və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

News24.az xəbər verir ki, hadisə Viktoriya ştatında baş verib.

azyaşlı zooparka baş çəkdikdən sonra qız xəstəxanaya yerləşdirilib. Ona bağırsaq çöpü (Escherichia coli) bakteriyasının yaratdığı ağır infeksiya diaqnozu qoyulub.

Bu bakteriya beyinin zədələnməsinə və böyrək çatışmazlığı yarada bilir.

Qız altı həftə xəstəxanada müalicə alsa da, onun vəziyyətini yaxşılaşdırmaq mümkün olmayıb.

Uşağın hansı heyvandan yoluxduğu açıqlanmayıb.

Zooparkın əməkdaşları qızın ailəsinə başsağlığı verib.

Onlar bildiriblər ki, bu cür müəssisələrdə gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Bununla yanaşı, valideynlərə uşaqların heyvanlarla təmasda olduğu zaman onları nəzarətsiz buraxmamaq tövsiyə edilib.

Məlumata görə, bu hadisədən bir müddət əvvəl həmin zooparkı ziyarət edən daha bir uşaq xəstəxanaya yerləşdirilib.