Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb Formula 1

"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın yerli və xarici media nümayəndəsi birbaşa hadisə yerindən işıqlandırıb.

Bu barədə News24.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bundan əlavə, Bakıdakı yarış 56 xarici televiziya kanalında yayımlanıb.

Xatırladaq ki, Azərbaycan Qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassell olub.