Bakıda "Formula 1" rekordu
Formula 1
“Formula 1” Azərbaycan Qran-Prisinin 10-cu yubileyində Bakıya gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.
News24.az xəbər verir ki, bu, “Formula 1”-in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir.
Xatırladaq ki, xarici qonaqların ötən ilki sayı 14 min olub.
Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərib. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb.
Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.
10-cu yubiley Qran-Prisi həm rekord sayda xarici qonağı Bakıya gətirib, həm də dünyanın hər yerindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.