Formula 1-in növbəti mərhələsi bu ölkədə keçiriləcək

Formula 1-in növbəti mərhələsi bu ölkədə keçiriləcək Formula 1

“Formula-1”-in növbəti mərhələsi olan Macarıstan Qran prisi Budapeştdəki 4,3 kilometrlik Hunqarorinq trasında təşkil olunacaq.

News24.az xəbər verir ki, 70 dövrədən ibarət yarışın seçmə mərhələsi sabah Azərbaycan vaxtı ilə saat 18:00-da başlayacaq. Əsas yarış isə 26 iyul bazar günü saat 17:00-da start götürəcək.

Bu mövsüm keçirilən yarışlarda "Mercedes"in pilotu Kimi Antonelli 6, komanda yoldaşı Corc Rassel 2, "Ferrari"nin pilotları Luis Hamilton və Şarl Lekler isə hər biri 1 qələbə qazanıblar.

Pilotların arasında ilk beşlik:

Kimi Antonelli — 204 xal

Luis Hamilton — 159 xal

Corc Rassel — 154 xal

Şarl Lekler — 126 xal

Lando Norris — 103 xal

Komandalar arasında ilk beşlik:

"Mercedes" — 358 xal

"Ferrari" — 285 xal

"McLaren" — 195 xal

"Red Bull" — 151 xal

"Alpine" — 61 xal