"Formula 1": Kimi Antonelli Belçika Qran-prisinin qalibi oldu
Formula 1
Mercedes komandasının italiyalı pilotu Kimi Antonelli Formula 1 üzrə 2026 mövsümünün 10-cu mərhələsi olan Belçika Qran-prisinin qalibi olub.
News24.az-ın məlumatına görə, Spa-Frankorşam (Spa-Francorchamps) trasında keçirilən və 44 dövrədən ibarət yarışa poul mövqeyindən başlayan Antonelli 1 saat 24 dəqiqə 42.479 saniyə nəticə ilə finiş xəttini birinci keçib.
Ferrari komandasının pilotu Şarl Lekler liderdən 1.952 saniyə geri qalaraq ikinci, Red Bull-un niderlandlı sürücüsü Maks Ferstappen isə 11.586 saniyə geridə üçüncü yeri tutub.
Formula 1 üzrə 2026 mövsümünün 11-ci mərhələsi olan Macarıstan Qran-prisi iyulun 26-da keçiriləcək.
Belçika Qran-prisindən sonra pilotlar arasında ilk beşlik belədir:
Kimi Antonelli – 204 xal
Lüis Hemilton – 159 xal
Corc Rassel – 154 xal
Şarl Lekler – 126 xal
Lando Norris – 103 xal
Komandaların sıralanması:
Mercedes – 358 xal
Ferrari – 285 xal
McLaren – 195 xal
Red Bull – 151 xal
Alpine – 61 xa