Azərbaycan Qran-prisi “Formula- 2” yarışı ilə START GÖTÜRDÜ
    • 26-04-2019, 11:25
    • 1 165

Azərbaycan Qran-prisi “Formula- 2” yarışı ilə START GÖTÜRDÜ

Bakıda “Formula 2" üzrə sərbəst yürüşə start verilib. 

News24.az  xəbər verir ki, pilotlar saat 11:45-dək bolidlərini sınaqdan keçirəcəklər. Saat 15:00-da isə sıralama turu olacaq. 


Paytaxt Bakıda artıq dördüncü dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə başlayıb.
 
“Əvəzedicilər”də hər birində iki sürücü olmaqla, 10 komandanın pilotları sərbəst yürüşə qatılıblar. Onlar mövsümdə ikinci mərhələnin startında 45 dəqiqə mübarizə aparacaqlar. 

Bu yürüşlərə Luis Deletraz, Nobuharu Matsuşita (“Karlin”), Nikita Mazepin, Nik de Vries (“Art Grand Prix”), Serxio Sette Kamara, Nikolas Latifi (“Dams”), Quanyu Jou, Luka Çiotto (“Uni-Virtuosi”), Mik Şumnaxer, Sean Qelael (“Prema”), Kallum İlott, Xuan Korrea (“Sauber”), Dorian Bokkolassi, Cek Aitken (“Kampos”), Yordan Kinq, Manaveer Raqhunathan (“Motorsport”), Tatyana Kalderon, Antoni Hubert (BWT Arden), Giliano Alesi və Ralf Boşunq (“Trident”) qatılıblar.
 
İlk mərhələdən sonra Luka Çiotto 37 xalla birincidir. İkinci pillədə Nikolas Latifi (35), üçüncü yerdə Serxio Sette Kamara (27) qərarlaşıb.

Qeyd edək ki, “Formula 2” üzrə ilk yarış aprelin 27-də, ikincisi isə bazar günü olacaq. 

Xatırladaq ki, "Formula 1" SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 27-də Jessie J,  aprelin 28-də isə Cardi B konsert proqramı ilə çıxış edəcək.