“Azərbaycan qəzaya görə cərimə olunmayacaq” – - Rəsmi
    • 26-04-2019, 15:35
    • 1 621

“Azərbaycan qəzaya görə cərimə olunmayacaq” – - Rəsmi

Bu gün “Formula 1” Azərbaycan Qran-prisində baş verən qəza ilə bağlı Azərbaycanın cərimə oluna biləcəyi haqda xəbərlər yayılıb.

Məsələ ilə bağlı News24.az-a məlumat verən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai yayılan xəbərlərə belə aydınlıq gətirdi: “Bu gün təcrübə sessiyası idi. Yəni Qran-pri həftəsində cümə günü pilotlar treki yadda saxlama üçün təcrübə keçirirlər. Bundan sonra şənbə günü təsnifat mərhələsi, bazar günü isə əsas yarış baş tutur. Bu gün test yürüşləri zamanı -  “Willimas” komandası trekdən keçdiyi məqamda lyuklardan biri yerindən çıxdı.

Biz həmin lyukları Avtomobil Federasiyasının təmsilçiləri ilə birgə yoxlayıb, bərkitmişik. Amma heç demə lyukun altında problem varmış. Ona görə də lyuk yerindən çıxdı. Hazırda bütün lyuklar yoxlanılır. 300 dən çox lyuk olduğu üçün pit yürüşləri bir qədər gecikə bilər. Gözlənilməyən bir şey oldu.

Azərbaycanın cərimə olunacağı xəbərinə gəlincə, deyim ki, bu, doğru deyil. Avtomobil Federasiyası nümayəndələri yolu bizimlə birgə yoxlayıblar. Yəni, belə bir şey yoxdur”.