Morqda axtardığı  əkizlərini televizorda görən ata  şok keçirdi - VİDEO
    • 27-07-2018, 15:21
    • 1 088

Morqda axtardığı əkizlərini televizorda görən ata şok keçirdi - VİDEO

Yunanıstanda 80-dən çox insanın öldüyü yanğın faciəsinin yüzlərlə qurbanı itkin düşümüş hesab olunur.

News24.az-ın məlumatına görə, 9 yaşında iki əkiz qızını morqda axtaran ata, onların xəbərlər proqramında gəmi ilə xilas edildiyini görəndə sevincdən şok keçirsə də sevinci uzun sürməyib.

Sofiya və Vasilikli  adlı əkizlər yanğın baş verən gün babalarına məxsus bağ evində, meşədə dincəlirdilər. Hadisə günü Afinada olan Fillopolus uşaqlarını çox axtarıb tapa bilməyincə, əlacsız halda morqları gəzməyə başlayıb.

O hətta, DNT analizi üçün nümunə də verib. Həmin ərəfədə ata dənizdən xilas edilənlər barəsində xəbər çarxında, qızlarını da görüncə ümidlənib.
 
Lakin, ata qızlarını hələ də tapa bilməyib. Gəmiylə xilas edildikdən sonra, qızların harda olmasını bilməyən ata indi onları sosial media  vasitəsi ilə axtarmağa başlayıb.

İlhamə