İti maşının arxasına bağlayıb sürüdülər – Video

İti maşının arxasına bağlayıb sürüdülər – Video
Foto / SİYASƏT

27 iyul 2018, 20:00

Mətn ölçüsü

Muğla vilayətində itə qarşı edilən vəhşilik hər kəsin sərt reaksiyasına səbəb olub. Belə ki, bir kişi itə işgəncə vermək üçün avtomobilinə bağlayıb və yolda sürüyüb. Bu da heyvansevərlərin ciddi narazılığına səbəb olub.

Türkiyə mətbuatı xəbər verir ki, Heyvan Dostları Dərnəyinin rəhbəri Türkan Dağdelen avtomobilin nömrəsinin göründüyünü və polisə müraciət olunduğunu bildirib:

“Buna bənzər hadisə ötən il Köycəgiz qəsəbəsində baş vermişdi. Belə vəhşi davranışlar cəzasız qaldıqca, bənzəri baş verəcək. Heyvanlarla insan kimi rəftar etməyənlərin cəzalandırlması üçün əlimizdən gələni edəcəyik”.

Polis avtomobilin sürücünün kimliyini müəyyənləşdirərək həbs edib. İşgəncə verilən itin isə müalicəsi üçün tədbir görülüb.

YouTube