Bakı Novruzu indiyədək belə qeyd etməmişdi -FOTOREPORTAJ
    • 21-03-2020, 00:00
    • 1 342

Bakı Novruzu indiyədək belə qeyd etməmişdi -FOTOREPORTAJ

Bakı uzun zamandır Novruz bayramını belə qarşılamırdı. Küçələr boş, qaranlıq, mağaza və restoranlar saat 21:00-dan etibarən bağlı. 


Bəli, Bakı bu il bayramı yalnız öz sakinləri ilə qeyd edir. Son illər paytaxt küçələrində addımbaşı rast gəldiyimiz əcnəbilər koronavirusa görə şəhəri tərk ediblər. 


Bakı küçələrini boş görmək insanı məyus edir.  

Mərkəzi küçələri turistlərlə dolub daşan paytaxt əcnəbi qonaqlar sarıdan sanki kimsəsiz qalıb. Bəlkə də şəhər bu səssizlikdə dərindən nəfəs alır.


Səs-küysüz Bakının boş küçələrindən olan görüntüləri News24.az təqdim edir:


Teymur Məmmədov
Fotolar müəllifə məxsusdur.