Aktrisa ADSEA-dan şikayət etdi: Qurum məlumat yaydı - YENİLƏNDİ

Aktrisa ADSEA-dan şikayət etdi: Qurum məlumat yaydı - YENİLƏNDİ Gündəm

Məsələ ilə bağlı ADSEA-dan bildirib ki, hazırda həmin ərazidə təmir işləri gedir:

"Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində tullantı su xəttində qeydə alınan qəza nəticəsində xəttin 300 metrlik hissəsinin dəyişdirilməsi zərurəti yaranıb. 50 metrlik hissəsində işlər artıq yekunlaşdırılıb, digər 2 qəzalı hissədə isə tikinti-bərpa işləri davam etdirilir. İşlər yekunlaşdırılan kimi ərazi bərpa ediləcək".


11:32

Aktrisa Cəmilə Tağızadə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) şikayətlənib.

News24.az xəbər verir ki, tanınmış aktrisa Mərdəkanda yaşadığı evin qarşısındakı yolun təmir məqsədilə qazıldığını, lakin uzun müddətdir bərpa edilmədiyini bildirib.

O qeyd edib ki, bir müddət Bakıda olmayıb və sentyabr ayında şəhərə qayıdıb. Bu müddətdə qazılan yol hələ də bərpa edilməyib:

“Bir aydır Bakıda yox idim, sentyabrda gəlmişəm. Mən gedəndən yol sökülüb, amma hələ də təmir olunmayıb”.