10 övladlı ailə Xocalıya qayıtdı - Fotolar

10 övladlı ailə Xocalıya qayıtdı - Fotolar Gündəm

Bu gün Xocalıya qayıdanlar arasında 10 övladlı ailə də var.

News24.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Zakir oğlu Buludxanov 12 nəfərlik ailəsi ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçüb.

Anar Buludxanov bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün arzuları gerçəyə çevrilib.

O, övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşamasının ən böyük sevinc, qürur olduğunu deyib. (APA)

10 övladlı ailə Xocalıya qayıtdı - Fotolar