13 il sonra yenidən qarşılaşacaqlar

13 il sonra yenidən qarşılaşacaqlar Gündəm

Keçmiş UFC çempionu Konor Makqreqor yenidən döyüşə qayıdır.

News24.az xəbər verir ki, bu barədə UFC-nin rəhbəri Dana Uayt instaqram hesabında paylaşım edib.

Məlumata görə, o, iyulun 11-də Las-Veqasda keçiriləcək UFC 329 turnirində amerikalı döyüşçü Maks Hollouey ilə qarşılaşacaq.

Döyüş Las-Veqasdakı T-Mobile Arenada keçiriləcək.

Bu, onların ikinci döyüşü olacaq.

Qeyd edək ki, onlar ilk dəfə 2013-cü ildə qarşılaşıblar və həmin vaxt Makqreqor qalib gəlib.