“28 May"-"Nizami” sahəsində hərəkət bu tarixdə BƏRPA OLUNACAQ

“28 May"-"Nizami” sahəsində hərəkət bu tarixdə BƏRPA OLUNACAQ Gündəm

“Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanıldıqdan sonra “Nizami–28 May” sahəsində qatarların hərəkəti müvəqqəti dayandırılacaq”.

Bunu News24.az-a açıqlamasında Bakı Metropoliteninin baş mühəndisi Namiq Yusubov bildirib.

Onun sözlərinə görə, layihənin 2027-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır və tikinti işlərinin təxminən bir il davam edəcəyi gözlənilir.

“Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin 2027-ci ilin ikinci yarısında yekunlaşması planlaşdırılır. İşlər təxminən bir ilə yaxın davam edəcək. Layihə başa çatdıqdan sonra metropolitenin fəaliyyəti əvvəlki rejimdə bərpa olunacaq”, – deyə Namiq Yusubov qeyd edib.