28 yaşlı hüquqşünas vəfat etdi
Gündəm
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hüquqşünası Nigar Hafizqızı vəfat edib.
News24.az xəbər verir ki, bu barədə Mərkəz rəsmi məlumat yayıb.
Məlumatda deyilir:
“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hüquqşünası Nigar Hafizqızının vaxtsız vəfatı Mərkəzin kollektivini dərindən sarsıdıb. Mərkəzin icraçı direktoru Vüsal Qasımlı və bütün kollektiv adından mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu ağır itkinin kədərini bölüşür, onlara səbir və dözüm arzulayırıq”.
Qeyd edək ki, Nigar Hafizqızının 28 yaşı var idi. Onun hansı səbəbdən vəfat etməsi açıqlanmayıb