4 iyun tarixi ilə bağlı xəbərdarlıq

4 iyun tarixi ilə bağlı xəbərdarlıq Gündəm

İyunun 4-də axşam saatlarında Yer kürəsini üçüncü səviyyəli güclü geomaqnit qasırğası bürüyəcək.

News24.az xəbər verir ki, bu hadisə bir neçə böyük günəş plazması buludunun toqquşması nəticəsində yaranacaq.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyası məlumat yayıb.

Yerə doğru bir neçə plazma buludu yaxınlaşır. Onlar əvvəlki günlərdə Günəşdə baş verən bir sıra güclü partlayışlar nəticəsində yaranıb. Bu buludların birləşərək təxminən 200 milyon kilometr ölçüsündə vahid bir struktur əmələ gətirəcəyi və buna görə toqquşmadan yayınmağın demək olar ki, mümkün olmadığı qeyd edilib.

Mütəxəssislər bildirirlər ki, G3 kateqoriyalı bu maqnit qasırğası fasiləsiz xarakter daşıyacaq. /TASS/