DİN-dən bir qrup qadının 8 Mart aksiyası ilə bağlı XƏBƏRDARLIQ

DİN-dən bir qrup qadının 8 Mart aksiyası ilə bağlı XƏBƏRDARLIQ
GÜNDƏM / HADİSƏ

06 mart 2021, 16:01

Mətn ölçüsü

Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan və xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

“Əgər belə bir cəhd olarsa, qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınacaq”, - deyə DİN-dən bildirilib.

Qeyd edək ki, bir qrup qadın martın 8-də Fəvvarələr meydanından (“McDonalds”-ın qarşısından) Azad qadın heykəlinə kimi “8 marş – Haqlarımız uğrunda!” şüarı ilə yürüş keçirmək istəyir.

Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib. /APA/