"58 min ipoteka müqaviləsi bağlamışıq" - Anar Kərimov

"58 min ipoteka müqaviləsi bağlamışıq" - Anar Kərimov Gündəm

2030-cu ilə qədər dünya əhalisinin 30 faizinin mənzil təminatına ehtiyacı olacağı gözlənilir.

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Maliyyə Nazirinin birinci müavini Anar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

O qeyd edib ki, Azərbaycanda da bəzi innovativ mexanizmləri tətbiq etməyə çalışırlar: "Bu məsələdə yerli maliyyələşmə çox vacibdir. Son 20 ildə Azərbaycan mənzil təminatı sistemini formalaşdırıb.

Biz artıq 58 min ipoteka müqaviləsi bağlamışıq. Bu, gənc ailələr üçün çox əlverişli addımdır. Bu modeli rəqabətqabiliyyətli və davamlı edən bir neçə faktor var. Burada söhbət yalnız maliyyələşmədən deyil, həm də idarəetmədən gedir. Güzəştli mənzil təminatı dövlət işçilərinə və publik sektorda çalışan mütəxəssislərə də şamil olunur.

Əlbəttə, bütün mərhələlərdə rəqəmsallaşdırma tətbiq edilir. Bu proses həm müraciət, həm də icra səviyyəsində həyata keçirilir".