Britaniya ştammını uşaqlar ağır keçirəcək - TƏBİB - VİDEO

Britaniya ştammını uşaqlar ağır keçirəcək - TƏBİB - VİDEO
GÜNDƏM / SOSİAL

19 mart 2021, 11:15

Mətn ölçüsü

Azərbaycanda koronavirusa yoluxma sayının artmasını Britaniya ştammı ilə əlaqələndirmək doğru deyil.

News24.az xəbər verir ki, bunu ARB-24-ün “Nə baş verir?” verilişinə açıqlamasında TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, hansı ştammın olmasından asılı olmayaraq insan təması yüksək olan yerlərdə yoluxma sayları artacaq:“Koronavirusa yoluxan şəxs onun Britaniya ştammı olub-olmamasını özü müəyyənləşdirə bilməz. Ştamdan asılı olmayaq, müalicədə hansısa fərqlilik yoxdur. Tək fərq odur ki, bu virusun yoluxuculuq qabiliyyəti daha yüksəkdir”.

Vasif Əliyev onu da qeyd edib ki, Britaniya ştammını uşaqlar ağır keçirəcək: "Araşdırmalarda Britaniya ştammına yoluxan uşaqlar arasında ölüm nisbətinin yüksək, yoluxuculuq qabiliyyətinin isə 1.5 dəfə artıq olduğu bildirilir. Yuxarı yaş qrupu üçün isə bu ştammın ölüm nisbətində adi koronavirusla müqayisədə hər hansı fərq yoxdur”.


YouTube