311 nömrəli məktəbin direktoru işdən çıxarıldı

311 nömrəli məktəbin direktoru işdən çıxarıldı
GÜNDƏM / HADİSƏ

11 iyun 2021, 11:46

Mətn ölçüsü

Bakı şəhəri 311 nömrəli tam orta məktəbin direktoru Esmira Muradova vəzifədən çıxarılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, E.Muradova işdə yol verdiyi nöqsanlara, fəaliyyətindəki uyğunsuzluğa və ərizəsi əsasında işdən çıxmaq istəyi nəzərə alınaraq tutduğu vəzifədən azad olunub.