"İstiqanlı insanlarınız, ləziz təamlarınız, Qarabağınız və futbolunuz var" - BAKIDA İLK DƏFƏ AVRO-2020 - VİDEOREPORTAJ - FOTOLAR

"İstiqanlı insanlarınız, ləziz təamlarınız, Qarabağınız və futbolunuz var" - BAKIDA İLK DƏFƏ AVRO-2020 - VİDEOREPORTAJ - FOTOLAR
GÜNDƏM / Video

12 iyun 2021, 20:20

Mətn ölçüsü

Futbol üzrə Avropa çempionatına ev sahibliyi edən 11 ölkədən biri də məhz Azərbaycandır. Bununla bağlı paytaxtın mərkəzi küçələrində AVRO-2020-ni əks etdirən müxtəlif stendlər yerləşdirilib. Fəvvarələr Meydanında isə nəhəng toplar yerləşdirilib. Topların üzərində bu il ölkəmizdə keçirilən çempionatların vaxtları əks olunub. Bununla yanaşı, "Tarqovı" kimi tanıdığımız Nizami küçəsində çempionatda iştirak edən futbolçuların geyimləri də nümayiş olunur.


Bu gün ölkəmizdə AVRO-2020-nin ilk oyunu gerçəkləşib. Olimpiya stadionunda baş tutan oyunda Uels və İsveçrənin komandaları qarşılaşıb. Beləliklə, AVRO-2020-nin ilk heç-heçəsi Bakıda qeydə alınıb - 1:1. 

Qeyd edək ki, 4 ildən bir təşkil olunan çempionat keçən il koronavirus pandemiyası səbəbindən təxirə salındı. Bu il isə ölkəmiz ilk dəfədir ki, futbol üzrə Avropa çempionatına ev sahibliyi edir.

News24.az olaraq paytaxtdakı abu-havanı müşahidə edib, azarkeşlərlə həmsöhbət olduq. 



Sevda Bayramova
Məhərrəm Əliyev
VİDEO - FOTO: Fərid Şabanov, Hüseyn Həsənov



























YouTube