Prezident və xanımı Uels-İsveçrə matçını izlədi

Prezident və xanımı Uels-İsveçrə matçını izlədi
GÜNDƏM / İDMAN

12 iyun 2021, 20:08

Mətn ölçüsü

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.

News24.az
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionunda keçirilən Uels-İsveçrə matçına baxıblar.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də isə Türkiyə-İsveçrə oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması olacaq.