691 balla kifayətlənmədi, 700 bal topladı
Gündəm
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
News24.az xəbər verir ki, IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu göstərib.
2009-cu ildə Sumqayıt şəhərində anadan olan Samir Tağızadə bundan əvvəl də ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərərək ümumilikdə 691,3 bal toplamışdı.
Belə ki, Samir buraxılış imtahanında maksimum nəticə - 300 bal, qəbul imtahanında isə 391,3 bal yığmışdı.
Məktəb illərində uğurları ilə seçilən S.Tağızadə “Əlaçı” televiziya müsabiqəsinin iştirakçısı, Respublika Fənn Olimpiadalarının qalibi olub. O, həmçinin “Breyn-rinq” intellektual yarışında iştirak edib.